Deputat Novruz Aslanov seçiciləri qəbul edib
Millət vəkili Novruz Aslanov aprelin 6-da İsmayıllı rayonunun Tircan kəndində seçicilərini qəbul edib. Deputatın qərargahından APA-ya verilən məlumata görə, deputat seçicilərin problemləri ilə maraqlanıb. Tircan kənd sakinləri millət vəkilinə yolun təmiri, elektrik dirəklərinin dəyişdirilməsi və işlə təmin olunmaları barədə müraciət ediblər. Deputat bu problemləri müvafiq qurumlara çatdıracağını bildirib.
