» » Qəbələ Rayon İcra Hakimiyyəti başçısı yanında taxıl biçini kompaniyasının mütəşəkkil keçirilməsinə dair şura iclası keçirilmişdir.

Qəbələ Rayon İcra Hakimiyyəti başçısı yanında taxıl biçini kompaniyasının mütəşəkkil keçirilməsinə dair şura iclası keçirilmişdir.

Qəbələ Rayon İcra Hakimiyyəti başçısı yanında taxıl biçini kompaniyasının mütəşəkkil keçirilməsinə dair şura iclası keçirilmişdir.

Şura iclasını açan RİH başçısı cənab Səbuhi Abdullayev biçin kompaniyası dövründə qarşıda duran vəzifələr barədə yığıncaq iştirakçılarına məlumat vermişdir. Qeyd olunmuşdur ki, bu dövrdə əsas vəzifələrdən biri yanğın təhlükəsizliyinə ciddi əməl olunmasıdır. Biçin kompaniyasının mütəşəkkil keçirilməsi ilə bağlı öz zəruri tapşırıqlarını verən cənab Səbuhi Abdullayev rayonun fermerlərinin qarşılaşdıqları çətinliklərlə əlaqədar onlara zəruri köməklikərin göstərilməsinin vacibliyini diqqətə çatdırmışdır.
Daha sonra mövzu ətrafında çıxış edən RİH-nin aqrar məsələlər şöbəsinin müdiri-başçının müavini Rahib Əhmədov bildirmişdir ki, rayonun iqtisadiyyatının əsasını taxılçılıq təşkil edir. O demişdir ki, 2014-cü ildə 25030 hektar sahədə əkilən taxılın 18730 hektarı buğda, 6300 hektarı isə arpa sahələridir.
Qeyd olunmuşdur ki, bu il taxılçılıq üçün iqlim şəraiti o qədər də əlverilşli olmadıgından rayonun taxıl sahələrinin 2500 hektarına ziyan dəymişdir. Həmin sahələrin 1200 hektarından məhsul gözlənilmir. 2000 hektardan yuxarı taxıl sahəsinə isə quraqlıq ciddi ziyan vurdugundan, həmin sahələrdə məhsuldarlıq aşağı olacaqdır.
Bildirilmişdir ki, 2014-cü ilin taxıl biçini kompaniyasını mütəşəkkil keçirmək, sahələri yanğın təhlükəsindən mühafizə etmək və eyni zamanda biçin kompaniyasının optimal müddətdə başa çatdırılmasını təmin etmək məqsədi ilə işçi qrupu yaradılmış, taxılçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə mütəxəsis məsləhətləri verilmişdir. Natiq öz çıxışında demişdir ki, rayona aqrolizinq xətti ilə yeni kombaynlar gətirilmiş və mövcud kombaynlar taxıl biçini üçün hazır vəziyyətə gətirilmişdir.
Yekunda RİH başçısı taxıl biçini kompaniyasının mütəşəkkil keçirilməsinin vacibliyini bir daha vurğulayaraq, fermerlərə verilən dövlət kompensasiyalarının operativ ödənilməsi istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar vermişdir.
Müəllif: Müxbir | 1-06-2014, 14:48
Oxunub: 1106
    
Reklam