» » Bu gün Azərbaycanda bələdiyyə seçkiləridir

Bu gün Azərbaycanda bələdiyyə seçkiləridir

Bu gün Azərbaycanda bələdiyyə seçkiləridir

Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

APA-nın məlumatına görə, Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçiriləcək seçkilərdə 15035 bələdiyyə üzvü seçiləcək.

Bələdiyyə seçkilərində 37 077 nəfər bələdiyyə üzvlüyünə namizəd qeydə alınıb.

Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası və Ana Vətən Partiyası bələdiyyə seçkilərində partiya kimi namizədləri ilə iştirak edəcək.

Partiya mənsubiyyəti nəzərə alınsa, ümumilikdə 30 partiyanın üzvləri seçkilərdə iştirak edirlər.

Seçki Məcəlləsinin 8.2. maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.

Seçki Məcəlləsinin bu tələbinə əsasən dekabrın 23-də Azərbaycanda qeyri-iş günü olacaq.
Müəllif: Müxbir | 23-12-2014, 01:06
Oxunub: 207
    
Reklam