» » İsmayıllıda cüdo üzrə açıq rayon birinciliyi keçirilib

İsmayıllıda cüdo üzrə açıq rayon birinciliyi keçirilib

İsmayıllı Rayon Gənclər və İdman İdarəsi, Cüdo Federasiyasının rayon bölməsi və Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə açıq rayon birinciliyi keçirilib.

İsmayıllı Olimpiya İdman Kompleksində keçirilən turnirdə Bakı, Qobustan, Şamaxı, Ağsu, Göyçay, Oğuz, Qəbələ, İsmayıllı şəhər və rayonlarından, ümumilikdə, 200 idmançı iştirak edib.

Əvvəlcə çıxışlarda ulu öndər Heydər Əliyevin Azərbaycanda idmanın inkişafına diqqət və qayğısından danışılıb. Qeyd olunub ki, respublikamızın hər yerində olduğu kimi, İsmayıllıda da idmanın inkişafı istiqamətində mühüm işlər görülüb və görülməkdədir. İsmayıllı idmançıları sırasında dünya, Avropa və Azərbaycan çempionlarının sayı artmaqda davam edir.

Daha sonra yarışlara start verilib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışlarda İsmayıllı idmançıları birinci, Qəbələ komandası ikinci, Oğuz cüdoçuları isə üçüncü yeri tutub.

Qaliblərə medal və diplomlar təqdim olunub.
Müəllif: jurnalist | 5-12-2016, 13:48
Oxunub: 256
    
Reklam