» » Bir neçə komitənin iclasında büdcə layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Bir neçə komitənin iclasında büdcə layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman komitəsi, Regional məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi başa çatıb.

"APA-Economics"in məlumatına görə, İnsan Hüquqları komitəsinin sədri Bahar Muradova deyib ki, büdcədə nəzərdə tutulan vəsaitlər çox olanda işi ona uyğun qurublar: “Az olanda da buna uyğun qurmalıyıq”.

Millət vəkilləri gələn ilin dövlət büdcəsi layihəsini Milli Məclisin plenar iclasına tövsiyə edib.
Müəllif: jurnalist | 2-12-2016, 13:55
Oxunub: 443
    
Reklam