» » Çirkli su hövzələrindən tutulan balıq sağlamlıq üçün təhlükəlidir

Çirkli su hövzələrindən tutulan balıq sağlamlıq üçün təhlükəlidir

ABŞ-ın Skripps Okeanoqrafiya İnstitutunun alimlərinin sözlərinə görə, çirkli su hövzələrində tutulan balıqlarla qidalanmaq zəhərlənmə riskini xeyli artırır. Məsələ bundadır ki, həmin hövzələrdəki davamlı üzvi çirkləndiricilər bəzi balıqların əzələ toxumasında toplanır.

“meddaily.ru” saytına istinadla xəbər verirlər ki, bu birləşmələr pestisidlərdə, neft-kimya sənayesi məhsullarında və odadavamlı materiallarda var. Həmin birləşmələr immun müdafiəsini asanlıqla yararaq, orqanizmə daxil olur və maddələrin hüceyrə membranı ilə daşınmasını təmin edən P-qlikoprotein zülalına yapışır.
Müəllif: jurnalist | 14-11-2016, 16:59
Oxunub: 197
    
Reklam