» » Azərbaycanda bələdiyyə seçkilərini müşahidə etmək üçün 32427 nəfər qeydiyyatdan keçib

Azərbaycanda bələdiyyə seçkilərini müşahidə etmək üçün 32427 nəfər qeydiyyatdan keçib

Azərbaycanda bələdiyyə seçkilərini müşahidə etmək üçün 32427 nəfər qeydiyyatdan keçib
Azərbaycanda bələdiyyə seçkilərini müşahidə etmək üçün 32427 nəfər qeydiyyatdan keçib

Azərbaycanda bələdiyyə seçkilərini müşahidə etmək üçün indiyədək 32 min 629 nəfər qeydə alınıb.

APA-nın məlumatına görə, bu barədə bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

Müraciət edənlərdən 32 min 427 nəfər konkret dairə çərçivəsində müşahidə aparmaq niyyətində olduğu üçün dairə seçki komissiyalarına müraciət edib. Siyasi partiyalar tərəfindən 18 min 675 nəfər bələdiyyə seçkilərini müşahidə aparmaq üçün qeydiyyata alınıb. 6 QHT də seçkiləri müşahidə etmək niyyətindədir.

784 nəfər müşahidəçi namizədin təyinatı, 12 min 818 nəfər öz təşəbbüsü ilə müşahidə aparacaq.

MSK-da 202 müşahidəçi akkreditasiyadan keçib. Onlardan 86 nəfər öz təşəbbüsü ilə müşahidə aparacaq. 109 müşahidəçi siyasi partiyaların təmsilçisidir. MSK-da müşahidəçi kimi xüsusi icazə almış 1 nəfər var. MDB Parlamentlərarası Assambleyasının Parlamentarizmin İnkişafı və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun isə 6 müşahidəçisi akkreditasiyadan keçib.

Müşahidəçilərin qeydiyyatı prosesi davam edir.

Bülletenlərin çapının başa çatmaq üzrə olduğunu açıqlayan M. Pənahov bildirib ki, bülletenlərin seçki komissiyalarına paylanmasına dekabrın 14-də başlanacaq və dekabrın 17-də bu proses başa çatacaq.

Onun sözlərinə görə, prosesdə media nümayəndələri də iştirak edə bilərlər.
Müəllif: Müxbir | 11-12-2014, 18:31
Oxunub: 521
    
Reklam