» » “Jurnalistlər üçün ingilis dili kursları” layihəsinin növbəti mərhələsi başa çatıb

“Jurnalistlər üçün ingilis dili kursları” layihəsinin növbəti mərhələsi başa çatıb

“Azercell” Telekom MMC-nin “Kaspi” Təhsil Mərkəzi ilə birgə reallaşdırdığı “Jurnalistlər üçün ingilis dili kursları” layihəsinin növbəti mərhələsi başa çatıb.

Bu münasibətlə noyabrın 10-da Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirilib. Tədbirdə 2016-2017-ci il üçün ingilis dili kursları ilə bağlı məlumat verilib.

Qeyd olunub ki, jurnalistlər üçün ingilis dili kurslarının təşkili artıq bir ənənəyə çevrilib. Kursların məqsədi azərbaycanlı jurnalistlərin dil öyrənməsinə kömək etmək, onların ingilis dilli mənbələrdən maneəsiz istifadəsinə yardımçı olmaqdır. Kurslar altı ay davam edib və bu müddətdə mətbuat nümayəndələrinə bir neçə səviyyəli proqram təqdim olunub. Beləliklə, media təmsilçilərinə ingilis dilində qrammatika, danışıq, dinləmə, yazı qabiliyyətlərini gücləndirmək imkanı yaradılıb.

Kursu uğurla bitirən media nümayəndələrinə sertifikatlar təqdim olunub.
Müəllif: jurnalist | 10-11-2016, 14:56
Oxunub: 700
    
Reklam