» » Göyçaylı şairin növbəti kitabı işıq üzü gördü...

Göyçaylı şairin növbəti kitabı işıq üzü gördü...

Göyçaylı şairin növbəti kitabı işıq üzü gördü...
Göyçaylı şairin növbəti kitabı işıq üzü gördü...
Göyçaylı şairin növbəti kitabı işıq üzü gördü...
Göyçaylı şairin növbəti kitabı işıq üzü gördü...
Göyçaylı şairin növbəti kitabı işıq üzü gördü...

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair Ətraf Sərrafın növbəti - “Durum görüm kimdi döyən qapımı” adlı kitabı işıq üzü görüb. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olan Ətraf Sərrafın "Ömür bir ümmandır"(1995), "Mənim yaddaşımın ağrıları var"(1999), "Mən anamın sevinciyəm"(2001), "Əmimin nağılları"(2001), "Ayrılığın o üzü", "Bu yol ömür yoludur", "Yerinə utandığım adamlar"(2014), “Şeirlər haqqında şeirlər”(2015) kitablarının müəllifidir. “Azərbaycan” ədəbi-bədii jurnalında şeirləri çap olunub. "Ömür bir ümmandır" şeirlər kitabı ömür gündəliyinin incilərindən bəhz edir. "Əmimin nağılları" kitabında müəllif əmisinin nəql etdiklərini qələmə alıb. "Yerinə utandığım adamlar" kitabına şairin satiralı, yumorlu şeirləri daxildir. "Şeirlər haqqında şeirlər" kitabında müəllif şeirə, şairə olan münasibətini, şeirdən istək və tələblərini poetik dillə əks etdirmişdir. Xatırladaq ki, Ətraf Sərraf 10 iyul 1956-cı ildə Göyçay rayonu Çərəkə kəndində anadan olub. İxtisasca müəllim olan yazar, uzun müddət Çərəkə kənd 1 saylı tam orta məktəbində müəllim fəaliyyəti ilə məşğul olub. Hazırda paytaxt Bakıda yaşayan Ətraf müəllim, yaradıcılığını davam etdirir.
Elvin ÖMƏROV
Müəllif: admin | 22-12-2015, 22:01
Oxunub: 797
    
Reklam