» » Rusiya Türkiyə ilə hərbi əməkdaşlığı dondurdu

Rusiya Türkiyə ilə hərbi əməkdaşlığı dondurdu

Rusiya Türkiyə ilə hərbi əməkdaşlığı dondurdu

Rusiya ilə Türkiyə arasındakı gərginlik artmaqdadır.

Şirvanın səsi qəzeti xəbər verir ki, dünən səhər saatlarında Rusiyaya məxsus Su-24 tipli hərbi təyyarənin Türkiyənin hava sərhədlərini pozması və ardından türk qırıcısı tərəfindən vurulması hələ də dünya mediasının gündəmindədir.

Hadisədən sonra çıxış edən Rusiya silahlı qüvvələrinin baş qərargahının operativ idarəsinin rəhbəri general Sergey Rudskoy Suriyadakı rus hərbi bazasının təhlükəsizliyinin gücləndirildiyini bildirib. O, vurğulayıb ki, Latakiyadakı bazanın ətrafında S-300 zenit-raket kompleksləri yerləşdiriləcək.

Rudskoy daha sonra bildirib ki, Rusiya hərbi nazirliyi Türkiyə ilə bütün hərbi əməkdaşlığı dondurub.
Müəllif: admin | 25-11-2015, 09:23
Oxunub: 182
    
Reklam