» » Lahıc qəsəbəsində son zəng tədbiri

Lahıc qəsəbəsində son zəng tədbiri

 Lahıc qəsəbəsində son zəng tədbiri

Ənənəvi olaraq «Son zəng» tədbirləri İsmayıllı rayonunun Lahıc qəsəbəsində təntənəli şəkildə qeyd olunub. Bayramının yüksək səviyyədə, butun məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan bir əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni ediblər. Bu il 46 tam orta məktəbdən 846 şagird məzun adını qazanır. Lahıcda isə məzunların sayı 26 nəfərdir. Məzunlar 11 ildə onlara elm, bilik öyrədən, savad verən müəllimlərinə minnətdarlıq ediblər. Onlar həyatın çətin sınaqlarından uğurla çıxacaqlarına, ali təhsil ocaqlarına daxil olub müxtəlif sənət və peşələrə yiyələnəcəklərinə əminlik ifadə ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonun ümumtəhsil müəssisələrində təhsilin inkişafı, müasir tədris şəraitinin yaradılması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Bu gün təhsildə qazanılan uğurların ümummilli lider Heydər Əliyevin ardıcıl və müdrik siyasətinin nəticəsi olduğunu və bu təhsil strategiyasının dövlət başçısı tərəfindən uğurla davam etdirildiyini bildirib. O bildirib ki, əvvəlkı illərlə müqayisədə ötən il İsmayıllıdan olan abituriyentlər daha yüksək nəticələr göstəriblər. Abituriyentdən 325 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olunaraq tələbə adını qazanıb. Onlardan 21 nəfəri 600-dən çox, 52 nəfəri isə 500-dən artıq bal toplayıb. 4 məzun prezident təqaüdünə təqdim edilib. 80 nəfərdən yuxarı şagird Respublika və Beynəlxalq müsabiqələrin qalibi olub. 11-cilərin hazırladıqları rəqslər, şerlər maraqla izlənilib. Məzunlar 11 il müddətində bir parta arxasında oturduğu yoldaşları ilə şənləniblər.
Müəllif: Müxbir | 1-06-2014, 14:23
Oxunub: 687
    
Reklam