DataLife Engine > Siyaset > Azərbaycan-Türkiyə 12-ci yüksək səviyyəli hərbi dialoq iclası başa çatıb

Azərbaycan-Türkiyə 12-ci yüksək səviyyəli hərbi dialoq iclası başa çatıb

Azərbaycan-Türkiyə 12-ci yüksək səviyyəli hərbi dialoq iclası başa çatıb

Bakıda keçirilən Azərbaycan-Türkiyə 12-ci yüksək səviyyəli hərbi dialoq iclası işini başa vurub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın vəziyyəti, inkişaf perspektivləri müzakirə edilib, eləcə də qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas istiqamətlər müəyyənləşdirilib və 2020-ci il üçün fəaliyyət planı razılaşdırılıb.

Görüşün sonunda iclasının yekunlarına dair Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında protokol imzalanıb.

Bu formatda növbəti görüşün gələn il Türkiyədə keçirilməsi planlaşdırılır.
[xfgiven_ingredients]
[xfvalue_ingredients]
[/xfgiven_ingredients]