» Ölüm aqronomu tutuldu

Ölüm aqronomu tutuldu

Ölüm aqronomu tutuldu

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Atakişili kənd sakini Asim Ağayev saxlanılıb.

Shirvantv.info CTV-yə istinadən bildirir ki, onun üzərinə keçirilən baxış zamanı 0.5 qram narkotik vasitə olan heroin aşkarlanıb. Aparılan istintaq tədrbirləri zamanı Asim Ağayevin digər narkotik vasitələri yaşadığı ünvanda saxladığı məlum olub. Onun yaşadığı ünvanda aparılan axtarışlar zamanı evindən 97 qram qurudulmuş marixuana və 18 qram heroin, həyətyanı sahədən isə 37 ədəd narkotik vasitə olan çətənə kolu aşkarlanaraq götürülüb. Məlum olub ki, kollar aqrotexniki qaydada qulluq olunaraq becərilib. Hazırda faktla bağlı araşdırma aparılır.
Müəllif: Müxbir | 2-06-2014, 12:41
Oxunub: 575
    
Reklam